Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

“Yaxında Ərdoğanın işi bitiriləcək” – VİDEO

Alparslan Kuytulun dövlət çevrilişinə cəhddən bir gün əvvəl verdiyi açıqlamasında şok detallar ortaya çıxıb

Furkan Vəqfinin sədri Alparslan Kuytulun dövlət çevrilişinə cəhdən bir gün əvvəl, yəni 14 iyulda paylaşılan çıxışında “Ərdoğanın qələmi qırılmışdır, yaxında işi bitiriləcək” ifadələrini işlətdiyi öyrənilib.

“Din.az” xəbər verir ki, Türkiyə prezidenti Ərdoğana bugünə qədər verilən bir çox şeyin geri alınmağa başladığını söyləyən Alparslan Kuytul çıxışına belə davam edib:

“Bütün nə qədər şərəfi varsa əlindən alırlar. Hicab məsələsini belə yenidən geri götürə bilərlər. Bunun mənası budur; Tayyib Ərdoğanın qələmi qırılmışdır. Yaxında işi bitiriləcəkdir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...