Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yazıçı: “Cəmiyyətdə kitaba qayıdış olmalıdır”

Natiq Rəsulzadə: “Yeniyetmələrdə kitaba maraq yaradılmalıdır”.

Yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə deyir ki, cəmiyyətimizin inkişafını istəyiriksə, gərək insanları kitaba həvəsləndirək.

https://ria.ru/aurora/flv/file.aspx?ID=9265827&type=mp3

Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində “Ədəbiyyat biliciləri” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində ötən illərdə keçirilmiş “Ədəbiyyat biliciləri” müsabiqəsinin əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsidir.

Din.az-ın xəbərinə əsasən, yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, yazıçılar, naşirlər, kitabxana işçiləri kimin necə gücü çatırsa bizim gəncləri, yeniyetmələri kitaba cəlb etməlidir:

“Kitab sahəsində dirçəliş olmalıdır. İnternet bizim həyatımıza daxil olub. İnternetdən aldıqları informasiyalar uşaqların ağlına, kitab isə onların ürəyinə təsir edir. Əgər cəmiyyətimizin inkişafını istəyiriksə, gərək insanları kitaba həvəsləndirək. Təhsil nazirliyi gənclərə, yeniyetmələrə yaxın olmalıdır. Gərək kitaba maraq yaradılsın. Amma bu tək Təhsil nazirliyinin işi deyil. Problemə kompleks yanaşma vacibdir. Cəmiyyətdə kitaba qayıdış 50-70 faiz olmalıdır. Bunun üçün də ilk olaraq uşaqlardan başlamaq lazımdır”.

 

 

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...