Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
pir

Yazıçı “möcüzə” dedi, ilahiyyatçı “fırıldaq” – VİDEO

Share Button

Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir.

Din mütləq yaradıcıya ibadət sistemi deyil, daha çox həyat tərzidir.

Tanrısız dinlər də vardır – Buddizm. Din istənilən tarixi dövrdə hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz bir hissəsini təşkil etmişdir. Dinin insanlar tərəfindən doğru dərk edildiyi və aşılandığı zaman bu dəyərlərin sülh zəmanətçisi olduğunu anlamaq heç də çətin deyil. “Sivilizasiyalar toqquşması”nın hökm sürdüyü müasir dövrümüzdə ayrı-ayrı dinlərin mənsublarına dözümlülük nümayiş etdirmək nəinki çox yüksək mənəvi dəyər, eləcə də demokratik rejimin zəruri göstəricisi kimi qəbul edilməkdədir. Dünya birliyi tərəfindən hər bir dinə hörmət bəsləmək kimi önəmli bir dəyər cəmiyyətin bütövlüyünün əsas şərtlərindən biri olaraq qəbul edilməklə yanaşı, praktikada bu dəyərin heç də hər zaman nəzərə alınmadığı görünməkdədir. Amma mövcud şəraiti düzəltmək, insanlara dini dözümlülük xüsusiyyətlərini aşılamaq nəinki ayrı-ayrı dövlətlərin, eləcə də beynəlxalq təşkilatların vəzifələrindən birinə çevrilib. Lakin bu gün din bəzi insanların əyləncə, bəzilərinin isə qazanc mənbəyinə, kimlərinsə siyasi maraqlarına çevrilib.

Azərbaycanda əksər bölgələrdə olan pirlər, ocaqlara kütləvi maraq birmənalı yorumlanmır. Beyləqan rayonunda yerləşən pirlərdən biri olan “Zəncirli pir”də vaxtilə minarənin tikintisi üçün, bəzi mənbələrdə isə çılçırağın asılması üçün yerləşdirilmiş zəncir bu gün insanların inanc yerinə çevrilib. Sosial şəbəkədə yayılmış videoda xanımların şallarını həmin zincirə ataraq arzularının yerinə yetib-yetməyəcəyini dəqiqləşdirməsi müzakirələrə səbəb olub. Müzakirələrdə isə bu, birmənalı olaraq qarşılanm1385456723_1ayıb.

Həmid Herisçi: “Möcüzədir və çox vaxt insanları yanıltmır”

Pirləri, ziyarətgahları araşdıran tanınmış jurnalist, yazıçı Həmid Herisçi Cebhe.info-ya açıqlamasında zənciri “memarlıq möcüzəsi” adlandırıb: “Mənim bu barədə bir filmim də olub. Bu zəncir minarəni, gümbəzi tikmək üçün istifadə edilib. Zəncir yuxarı qalxdıqca qövs çəkirdi. Sonradan gümbəzin tikintisi başa çatdıqdan sonra həmin zəncir riyazi baxımdan tam mərkəz hissədə olduğu üçün istənilən bir hisslərə, emossiyalara adekvat cavab vermək qabiliyyətinə malikdir. Mən buna “memarların yaratdığı möcüzə”, “elmi bir aksioma” deyərdim. Biz bu məsələyə təkrarən qayıdacağıq. Burada yerin cazibə qüvvəsi aldadılır. Ona görə mən bunu möcüzə hesab edirəm. O ki qaldı şal atmağa, yenə də deyirəm ki, o zəncir tam mərkəzdə yerləşdiyi üçün bütün emosiyalara cavab verə bilir. Çox vaxt yanıltmır insanları”.

Elşad Miri: “MTN (DTX) gedib otursun orda…”

İlahiyyatçı Elşad Miri isə tamamilə fərqli düşünür. Onun fikrincə, bu cür insanları “Allahla aldadılanlar” adlandırmaq olar: “Allah “Qurani- Kərim”in “İsra” surəsi 59-cu ayəsində də belshad-miri00018-1fdf-300x198uyurub ki, bizim sonuncu peyğəmbərə möcüzə göndərməməyimizin səbəbi ondan öncəkilərin həmin möcüzələrə inanmamaları olub. Əgər sonuncu peyğəmbərimiz olan Məhəmməd Peyğəmbərə möcüzə bəxş etməyən Allahın bir zincirə, metala möcüzə verməsi necə düşünülə bilərmi? Əgər insanlar sonuncu peyğəmbərdən öncəkilərin möcüzələrinə iman gətirsəydilər o zaman Məhəmməd Peyğəmbərin göndərilməsinə nə ehtiyac vardı? Mən özüm də həmin yerdə olmuşam, həmin zənciri də görmüşəm. O zəncir əslində çılçıraq asmaq üçün nəzərdə tutulub. Sonradan həmin çılçırağı oğurlayıblar, indi də insanlar gedib zəncirə şal atırlar. Mən bunun şahidi olmuşam, bu fırıldaqdır. Ümumiyyətlə, insanların bu kimi şeylərə inanmasını heç cür məqbul hesab etmirəm. Çünki sabah hanısa rüzgar, təbii fəlakət oldu sənin möcüzə sandığın zənciri külək, sel apardı. Belə uydurmalarla insanları aldadırlar.

Bu gün Azərbaycanın demək olar ki, hər yerində belə pirlər, ocaqlar var. İmam Əli Azərbaycana gəlmədiyi halda gedirsən hansısa rayona pirə aparırlar ki, burada İmam Əlinin ayaq izləri var. Nə əcəbsə, ancaq sağ ayağıdır, sol ayağının izi yoxdur. Güya ayağı betona batıb qalıb. Siz fikir verin, əgər Məhəmməd Peyğəmbər heç bir möcüzə göstərmədiyi halda Azərbaycanda “Xoruz” piri, “İlan” piri var. Dünya bu dəqiqə Marsa insan göndərməyə çalışdığı vaxta biz zəncirə şal atırıq… Bu, bizim, müsəlman dünyasının nə qədər geridə qaldığını, cılızlaşdığını göstərir. Əgər o hissiyatlara, emosiyalara reaksiya verirsə, o zaman MTN gedib oturar orda insanların hissiyatına uyğun nəticə çıxarar. Bu qədər yeni avadanlıq, texnologiya almağa ehtiyac olmazdı. Bu elə bil Allaha din öyrətmək kimi bir şeydir. Allah məsləhət bilsəydi, bunu elə Kəbə evinin ətrafına 4-5 dənə zəncir quraşdırmağı qeyd edərdi. Mən sizə Allahın kəlamlarını bildirirəm ki, O, bizə bunu buyurub. Bu kimi şeylərdən istifadə edib zaman – zaman insanlar öz hakimiyyətlərini möhkəmləndiriblər. Osmanlı kimi qüdrətli bir dövlətdə deyiblər ki, hamı gəlib sultanlardan nəsə istəməsin, gedib pirdən, ocaqdan istəsinlər. Bu, insanları dinlə aldatmaqdır. “Qurani-Kərim”in “Loğman” surəsində də deyilir: “Allahla aldadanlar”. Gedib kitab oxuyub universitetə hazırlaşmır, gedir hansısa pirin, ocağın başına fırlanır ki, ali məktəbə qəbul olacağam. Get zəhmət çək kitab oxu, qəbul ol. Sən kitab oxumasan, o ocaq, pir səni ali məktəbə düzəldəcək? Bu, sadəcə olaraq məsələyə cılız və dardüşüncəli yanaşmağın nəticəsidir”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

1 şərh Yazıçı “möcüzə” dedi, ilahiyyatçı “fırıldaq” – VİDEO üçün

  1. Vasif dedi:

    Ağlına bir fikir geldi
    Gerek mendedamdan bir zencir asam gelsinler şal atsınlar
    Yanı insan bu qeder ağılsız, düşüncesizdi?! Görmürlermi ki,o sincir çıraq asmağ üçündü. Ağır ve uzun olduğu üçün dalğa vari yellenir.
    İsdenilen hündür bir yerden assan bu cürne edecekde. Nece bele bir möcüze ola biler. Allah izin verermi Onu qoyub gedib hansıza daşdanndemirden qebirden nese isdesinler.?! Heçmi düşünmürler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top