Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Azərbaycana gəlib

“Ölkədəki dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradılıb”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.

Din.az bildirir ki, Dövlət Komitəsinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, görüş zamanı Dövlət Komitəsi sədrinin müavini qonaqlara ölkəmizdəki nümunəvi tolerant və multikultural mühit barədə məlumat verib.

O bildirib ki, ölkədəki dinlərarası münasibətlərə xələl gətirəcək formada fəaliyyət göstərməyən bütün dini qurumlara tam şərait yaradılıb, dini konfessiya nümayəndələrinə qarşı dözümlülük və tolerantlıq nümayiş olunur: “Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm anlayışı bütövlükdə dünyada mədəni müxtəlifliyin qorunmasına və bu vasitə ilə ümumbəşəri harmoniya yaradılmasına, xalqların, fərqli din və mədəniyyətlərin qarşılıqlı faydalı əməkdaşlığına yönəlib”.

Sədr müavini ölkəmizin enerji təhlükəsizliyi ilə yanaşı, beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində əməli addımlar atdığını xatırladıb. O vurğulayıb ki, son illər Azərbaycanın humanitar, sivilizasiyalararası və dinlərarası dialoq forumlarının, mötəbər idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi əsas mərkəzlərindən birinə çevrilməsi heç də təsadüfi deyil.

Ölkəmizə yenidən səfərindən məmnunluğunu ifadə edən “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys səmimi görüşə və qonaqpərvərliyə görə minnərdarlığını bildirib.

T.Breys son illərədə ölkəmizdə “Yehovanın şahidləri” dini icmasının üzvlərinin normal fəaliyyətinin təmin olunması, xüsusi ayinlərin icrası və dini bayramlarının qeyd olunması üçün yaradılan şəraitə görə razılığını ifadə edib.

Söhbət zamanı ABŞ-ın “Beynəlxalq Dini Azadlıq üzrə Komissiyası”nın son günlərdə açıqladığı hesabatına da toxunan qonaq ötən illərə aid bəzi məsələlərin yenidən hesabatda irad kimi qeyd olunmasından təəssüfləndiyini bildirib. Bu cür qeyri-obyektiv məlumatların yayılmasının qarşısının alınması üçün əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...