Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

YƏHUDİ ATA MÜSƏLMAN OLMAQ İSTƏYƏN QIZINI ÖLDÜRDÜ – DƏHŞƏT…

Yəhudi qız müsəlmanla oğlanla evlənmək istəyib.

İsraildə İslamı qəbul etmək arzusunda olan qızını öldürmüş atanın səs-küylü məhkəmə prosesi gedir.

Din.az Moderator.az-a istinadən bildirir ki, bu haqda İsrail televiziyasının 2-ci kanalına istinadla xəbər verir.

17 yaşlı Genrietta Karranın meyiti Ramla şəhərində yaşadığı evin mətbəxində aşkar edilib. Orta məktəbi bitirmiş qız məzun gecəsinin ertəsi günü öldürülüb. Müstəntiqlər hesab edir ki, qızı onun müsəlman olmaq niyyəti ilə barışmayan 58 yaşlı atası Sami Karra qətlə yetirib. Ölümündən iki həftə öncə Genrietta evlərindən qaçaraq hazırda İsrail həbsxanasında olan fələstinli müsəlman sevgilisinin mənzilində gizlənib. Qətldən iki gün əvvəl isə İsrail hüquq-mühafizə orqanları yaranmış vəziyyəti müzakirə etmək üçün qızı xaçpərəst valideynləri ilə görüşdürüblər. Bu zaman atası İslamı qəbul edərək müsəlmanla evlənmək istədiyinə görə qızını hədələyib. Polis atanı zorla uzaqlaşdırıb. Ancaq dövlətin məsələyə müdaxiləsi də kömək etməyib. Bir neçə gündən sonra məlum olub ki, Genriettanın istəklisi həbsdən çıxır. Qəzəbdən kükrəyən ata elə bu məqamda övladını öldürməyə qərar verib. O, yenidən qızın yaşadığı mənzilə gələrək ona 3 bıçaq zərbəsi endirib və Genrietta aldığı yaralardan yerindəcə keçinib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...