Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

YƏHUDİ HƏRBÇİ QADIN KÜTLƏNİN CAVABINI VERDİ – VİDEO – FOTO

Yəhudilər Yerusəlimin mərkəzi küçələrindən birində etiraz aksiyası keçiiriblər.

İsrailin Yerusəlim şəhərində hərbçi qadın yolu kəsən ultramühafizəkar dindarların hücumunun qarşısını alıb.

Din.az Milli.Az-a istinadən bildirir ki, ultramühafizəkar “Haredi” təriqətindən olan yəhudilər Yerusəlimin mərkəzi küçələrindən birinə çıxaraq etiraz aksiyası keçirirdilər. Yolu bağlayan haredilər onların sektasından iki gəncin həbsinə etiraz edirdilər.

Həmin gənclər Yerusəlim və Bney Barak şəhərlərində haredilərin aksiyasında tutulublar. Haredilər ortodoksal yəhudilərin orduya, hərbi xidmətə çağırılmasına etiraz edirlər.

Yerusəlimdə yolu kəsmiş gənc haredilərdən kənara çəkilməyi, maşının hərəkətinə imkan verməyi xahiş edən yəhudi hərbçi qadın təhqirlərə məruz qalıb.

Gənc haredilər onu “fahişə” adlandırıblar, “şiksa” (yəhudi olmayan qadın) deməyə başlayıblar, sonucda da hərbçi qadına tüpürüblər.
Hərbçi qadın hirslənib və krav-maqa döyüş fəndlərindən istifadə edib.

https://daytube.az/az/videos/56360/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...