Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Yəhudi ilə müsəlman evlənərsə… VİDEO

Share Button

“Axmağa baxın!”, “Terrorçu!, “Rədd ol buradan!” – bu sözlər yəhudi məhəlləsində deyildi. Müsəlman məhəlləsində isə söyləndi: “Bunlara baxın, axmaqlar!”, “Çıxın gedin buradan!” Amerikalı, YouTube bloqeri Kərim Sadiq və dostları Nyu-Yorkda sosial eksperiment keçiriblər. YouTube-dakı məşhur “AreWeFamousNow” kanalının mənsubları yəhudi kişi və müsəlman qadın, bir də yəhudi qadın və müsəlman kişinin “evlilik” eksperimentinə Nyu-Yorkda yaşayan mühafizəkar müsəlmanlarla […]

“Axmağa baxın!”, “Terrorçu!, “Rədd ol buradan!” – bu sözlər yəhudi məhəlləsində deyildi.

Müsəlman məhəlləsində isə söyləndi: “Bunlara baxın, axmaqlar!”, “Çıxın gedin buradan!”
Amerikalı, YouTube bloqeri Kərim Sadiq və dostları Nyu-Yorkda sosial eksperiment keçiriblər. YouTube-dakı məşhur “AreWeFamousNow” kanalının mənsubları yəhudi kişi və müsəlman qadın, bir də yəhudi qadın və müsəlman kişinin “evlilik” eksperimentinə Nyu-Yorkda yaşayan mühafizəkar müsəlmanlarla yəhudilərin reaksiyasını öyrənməyə çalışıblar.

“Din.az” bildirir ki, “Muslim/Jewish marriage experiment” zamanı müsəlman qadın və yəhudi kişi yəhudilərin, yəhudi qadın və müsəlman kişi isə müsəlmanların kompakt yaşadıqları məhəllələrdən keçiblər.
Sonra eksperiment iştirakçıları yerlərini dəyişiblər.
“Buklindəki eksperiment zamanı bizi hədələyən, təhdid edənlər çox oldu. Hətta bir yəhudi üstümüzə su butulkasını tolazladı, digəri isə tam 25 dəqiqə yanımızda yeriyib fotolarımızı və videolarımızı çəkdi. Əksəriyyət bizi pislədi. Amma təqdir edənlər, dəstək verənlər də az deyildilər. Düşünürük ki, məhz tolerant, sivil insanların sayəsində müsəlmanlarla yəhudilər arasındakı qarşıdurmalara son qoyula bilər”, – Kərim Sadiq deyib.

MÜZAKİRƏ

1 şərh Yəhudi ilə müsəlman evlənərsə… VİDEO üçün

  1. ramazan dedi:

    yehudiler islam dininde inkarcidilar.muselman gadinin yehudi kishilere ere getmesi gadagandir.torlantligin menasini aciglayin azerbaycanca zehmet olsada

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir