Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yəhudi jurnalist müsəlman oldu – Gözlənilməz səbəb …

“Yaxın Şərqdəki demokratiyanın çırağı” dediyi İsraili “sionist dövləti” adlandırdı.

“Sizləri İsrailə və bu dövlətin rəsmilərindən heç birinə inanmamağ çağırıram…”

Yəhudi jurnalist Mahdi Məcid İsrailin yüksək vəzifəli rəsmiləri ilə sıx dostluq əlaqələrinə rəğmən bu yaxınlarda İslamı qəbul edib.

Din.az yazır ki, Misirin “Egypt Independent” nəşrinin verdiyi xəbərə görə, qələm adamı İsraili kəskin tənqid atəşinə tutub.
“Daha öncə mən müsəlman deyildim, amma indi İslama çox sayda araşdırmadan sonra həqiqəti tapmaqda mənə kömək edən Allah sayəsində inanıram”, – deyə jurnalist yazıb.


Məcid özünün “Tvitter” səhifəsində kəlmeyi-şəhadəti təkrarlayıb və “hər hansı bir zülmkar, tiran və qan tökən təcavüzkara sadiqliyi dəstəkləməyəcəyini” ifadə edib.
Bundan əlavə, jurnalist əvvəllər “Yaxın Şərqdəki demokratiyanın çırağı” dediyi İsraili “sionist dövləti” adlandırıb.
“Sizləri İsrailə və bu dövlətin rəsmilərindən heç birinə inanmamağa çağırıram. Danışıqları nə qədər şirin olsa da, onlar öz maraqlarına xidmət edir”-deyə yəhudi qələm adamı sözügedən dövlət adamlarını ikiüzlülükdə də ittiham edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...