Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yəhudi nazirdən amansız təklif – “Bombaları uşaqların üstünə atın”

Qəzzaya son hücumların müzakirəsi zamanı gözlənilməz fikirlər …

İsrailin təhsil naziri Naftali Bennett bombalarının Qəzzadakı uşaqların üstünə atılmasını təklif edib.

Din.az xəbər verir ki, o, bu barədə Qəzzaya son hücumların müzakirə olunduğu iclasda çıxışı zamanı bildirib:

“Heç bir hüquqi maneə yoxdur, nə üçün üstlərinə deyil, yanlarına atəş açırsınız?”.

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi isə bu təklifə qarşı çıxıb:

“Mən uşaqlara və gənclərə atəş açılmasının doğru olduğunu düşünmürəm. Bəzən uşaqlar və gənclər şar və çərpələng uçururlar. Bombaların şarların, çərpələnglərin havaya buraxıldığı yerlərin üstünə atılmasını təklif edirsiniz? Sizinlə bu mövzuda həmfikir deyiləm, çünki bu dedikləriniz iş və əxlaq anlayışına uyğun gəlmir”.

Bennett isə sözlərinin arxasında dayandığını və İsrail ordusu bunu etməli olduğunu deyib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...