Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yəhudi siyasətçidən müsəlmanlara ağır sözlər: “Allahu Əkbər” əvəzinə “İsrail Əkbər”

Yəhudilərdən müsəlmanlara qarşı növbəti hörmətsizlik….

İşğalçı İsrailin Likud Partiyasından olan İsrail Parlamentinin üzvü Yoav Kisch, parlamentdəki fələstinli müsəlman üzvlərə “Allah böyükdür” əvəzinə, “İsrail böyükdür” demələrini bildirib.

Din.az Türkiyə mətbuatına istinadən bildirir ki, Knessetdəki Daxili İşlər və Ətraf Mühit Komitəsinin sədri Kisch, işğal altında olan Qüdsdə yaşayan fələstinlilərin orada qalma statusunun ləğvilə bağlı çıxış edib.

O çıxışı zamanı belə deyib: “Namaz qıldığınız zaman “Allah Böyükdür” (“Allahu Əkbər”), deyirsiniz, halbuki “İsrail (Əkbər) böyükdür” deməlisiniz”.

Bundan sonra Knesset üzvü fələstinli millət vəkili Əhməd Tibi, “Allah səndən və İsraildən də böyükdür” deyərək etirazını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...