Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yəhudi tələbələr Fələstin mücahidlərinə abidə ucaltdı- Gözlənilməz…

İsrail mediasının diqqətini cəlb edən əsas məqam …

ABŞ-ın Çikaqo ştatındakı Oberlin kollecinin yəhudi tələbələri noyabrın əvvəlində Israil ordusunun “Qara kəmər” əməliyyatı zamanı qətlə yetirilmiş 34 fələstinlinin şərəfinə abidə ucaldıblar.

Din.az xəbər verir ki, İsrailin “Arut Şeva” nəşrinin yaydığı məlumata görə, yəhudi hərbçilərlə döyüş zamanı həlak olanların çoxu rəsmi Təl-Əvivin “terrorçu” adlandırdığı Fələstinin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə apardığını bəyan etmiş “İslami Cihad” təşkilatının üzvləridir. Onların arasında təşkilat məşhur komandirlərindən Baha Əbu əl-Ata da olub.

Abidənin “Sülh uğrunda çağırış” (“JVP”) və “Fələstinin azadlığı” təşkilatlarının üzvləri olan yəhudi tələbələrin təşəbbüsü ilə qurulduğu bildirilir.

İsrail mediasının diqqətini cəlb edən əsas məqam budur ki, kollec rəhbərliyi abidənin qurulmasına mane olmayıb və hətta söz azadlığına “yaşıl işıq” yandırdığını etiraf edib

İsrailin Daxili Təhlükəsizlik naziri Gilad Erdan bəhs edilən aksiyanı qınayıb.

Xatırladaq ki, ABŞ-da və digər dünya ölkələrində hazırkı İsrail rejiminə müxalifətdə, hətta düşmən mövqedə olan və Fələstin müqavimət hərəkatını dəstəkləyən bir sıra yəhudi təşkilatları fəaliyyət göstərir. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...