Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yəhudilər “Ana harayı” abidəsini ziyarət etdi – Foto

“Ana harayı” abidəsi ziyarət edilir.

Fevralın 25-də Azərbaycandakı Yəhudi dini icmalarının nümayəndələri Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət ediblər.

Din.az xəbər verir ki, Xocalıda şəhid olan həmvətənlərimizin xatirəsinə ucaldılan abidənin önünə Azərbaycandakı yəhudi dini icmaların adından əklil qoyulub. Abidənin önünə, həmçinin Amerika Yəhudi Komitəsi adından əklil qoyulub.

Sonra Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

Bakı Dağ Yəhudiləri Dini İcmasinin sədri Milix Yevdayev deyib: “Əgər bir xalqın, bir millətin nümayəndələri mənsubiyyətinə görə qətlə yetirilirsə, deməli, bu, soyqırımıdır. Ona görə də 26 il bundan əvvəl qadınlar, uşaqlar, yaşlılar daxil olmaqla silahsız azərbaycanlılara qarşı törədilən amansız soyqırımı heç vaxt unudulmayacaq”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...