Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yəhudilər Avropadan qaçır – Heyrətamiz statistika

Ən vacib məqam Avropada yaşayan yəhudilərin sayının azalmasıdır.

Antisemitizmin yüksəlməsi yəhudiləri Avropanı tərk etməyə məcbur edir. Son 20 ildə bu səbəbdən Avropanı 400 min yəhudi tərk edib.

Din.az xəbər verir ki, bu barədə Avropa Ravvinlər Şurasının sədri Pinxas Qoldşmidt danışıb.

“Hazırda Avropa problemin həllinə statistik məlumatlar əsasında müraciət edib. Ancaq düşünürəm ki, ən vacib məqam Avropada yaşayan yəhudilərin sayının azalmasıdır. Son 20 ildə onların sayı 2 milyondan 1.6 milyona qədər azalıb. 400 min yəhudi Avropanı tərk etmək qərarına gəlib”, – Qoldşmidt bildirib.

Qoldşmidt Avropadakı yəhudilərin ən çox ABŞ-a və İsrailə köç etdiklərini qeyd edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...