Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yəhudilər BMT-ni dəstəklədi: “Yəhudilərin Fələstin torpaqlarında məskunlaşması qanuni deyil”

Bəzi ədalətli yəhudilər etiraz aksiyası keçirdilər.

ABŞ-da toplaşan bir qrup dindar yəhudi, BMT Təhlükəsizlik Şurasının, İsrailin Fələstin torpaqlarındakı məskunlaşma yerlərini boşaltması ilə bağlı qərarına dəstək veriblər.

“Din.az” xəbər verir ki, bir qrup dindar yəhudi ABŞ-ın Nyu York şəhərində yerləşən BMT-nin binası qarşısında toplaşaraq İsrailə qarşı etirazlarını bildiriblər.

Əllərində Fələstin bayraqları və İsrailə qarşı şüarların yazıldığı plakatlar tutan yəhudilər BMT Təhlükəsizlik Şurasında ABŞ-ın veto hüququndan istifadə etməməsi nəticəsində qəbul edilən qərar layihəsinin İsraili beynəlxalq sahədə tək qoyduğuna görə çox məmnun olduqlarını bildiriblər.

Qrup adından jurnalistlərə açıqlama verən din adamı Devid Feldman, sionizmə qarşı yəhudilərin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarı dəstəkləmək üçün BMT qarşısında toplaşdıqlarını qeyd edərək, “Təhlükəsizlik Şurası İsrailin Fələstin torpaqlarında məskunlaşmalarının qanuni olmadığını açıqlayıb. Biz də həmin qərarı dəstəkləyirik. Buna dəstək verən bütün ölkələri təbrik edirik” bildirib.

Qərarın yalnız Fələstin xalqına deyil, dünyada yaşayan bütün yəhudilər üçün faydalı olacağını bildirən Feldman “Uzun illərdən bəri yəhudilər adından fələstinlilərə qarşı tətbiq edilən siyasət və məskunlaşma problemi arada yalnız nifrət yaradıb. Yeni qəbul edilən qərar sülh yolunda, eləcə də fələstinlilərin hüquqlarının özlərinə qaytarılması üçün atılan addımdır”.

Feldman həmçinin, İsrailin 1967-ci il sərhədlərinə deyil, 1948-ci il sərhədlərinə qayıtmalarının zəruri olduğunu bildirib.

Devid Feldman
Devid Feldman

abd-de-yahudilerden-israil-karsiti-karara-des-9109456_o

 

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...