Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yəhudilər “müqəddəs” pivə istehsal etdilər

“Halal” pivəyə bu dəfə “müqəddəs pivə” əlavə edildi…

İsraildə şirkətlərdən biri “müqəddəs pivə” istehsal edib.

İslam dinində bütün içkilərin müsəlmanlara haram edildiyi bütün dünyada məlumdur. Ancaq dinlərin bu içkilərə yanaşması fərqlidir. İsraildə bir şirkət istehsal etdiyi pivəni İsa Məsih ilə əlaqələndirərək onu müqəddəsləşdirməyə çağırıb. Teləviv Universitetinin də dəstək verdiyi pivənin məhz iki min əvvəl İsa peyğəmbərin dövründə istehsal edilən pivə ilə eyni dadını verdiyi bildirilir.

Yəhudilər deyir ki, onların istifadə etdiyi buğda 2 min il əvvəlki normalara uyğun proseduradan keçirilib.

Bundan başqa bildirilir ki, yəhudi dinində şəraba xüsusi hörmət qoyulur. Bu içkinin bir sra müqəddəs əhvalatlarda adının halandığı da tarixi kitablarda öz əksini tapır.

Xristianlar isə İsa Peyğəmbərin suyu şəraba çevirdiyini əsas gətirərək bu içkiyə tamah salır. “Müqəddəs pivə”yə gəldikdə isə, ondan cəmi 5 litr lazırlanıb və vur-tut bir şüşəsi qalıb.

Şirkət rəhbəri deyir ki, heləlik eyni pivədən yenisini hazırlamaq niyyəti yoxdur.

“Din.az” mövzu ilə bağlı videosüjeti təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...