Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yəhudilər Qəzza qətliamına qarşı: “Bibi”nin oyuncağı deyilik!

Yəhudilər: “Qəzzaya hücumları dayandırın”.

ABŞ-ın səfirliyini Qüdsə köçürməsindən sonra gərgin vəziyyətin yarandığı Yaxın Şərqdə İsrail əsgərlərinin 60-dan artıq fələstinlini öldürməsi bütün dünyanı sarsıb. Baş verən qanlı hadisələrə qarşı Braziliyadan Yunanıstana, ABŞ-dan Filippinə, Cənubi Afrikadan İsveçrəyə kimi dünyanın dörd bir yanında etiraz aksiyaları keçirilib.

Din.az xəbər verir ki, hətta İsraildə belə solçular küçələrə axın edərək etiraz nümayişləri keçirib və ölümlərin dərhal dayandırılmasını tələb edib.

Hadisələrin arxasında dayanan bir nömrəli şəxs – İsrailin Baş naziri Benyamin Netanyahu ötən gecə rəsmi iqamətgahında böyük bir şok yaşayıb. İsrailli nümayişçilər əllərində plakatlarla Netanyahuya etiraz edib. Nümayişçilər əllərindəki plakatlarda “Qəzzanı indi azad edin”, “Qəzzadakı etiraz terrorçuluq deyil” şüarları diqqət çəkib.

İsrailin nüfuzlu “Haaretz” nəşri yüzlərlə solçunun paytaxt Təl-Əvivdə etirazlara qoşulduğunu bildirib. Yolları bağlayıb, nəqliyyatın hərəkətini iflic edən kütlə “Atəş açmağı dayandırın”, “Ərəblər və yəhudilərin düşmənçiliyini rədd edirik” şüarları səsləndirib. Nümayişçilərin əlindəki plakatlardan birində isə “Tramp və Bibi, biz sizin oyuncağınız deyilik” yazılıb (Bibi Baş nazir Netanyahunun adının qısaltmasıdır).

Etiraz sədaları həmçinin dünyanın ən prestijli film festivallarından hesab olunan Kannda da ucalıb. Livanlı aktrisa Manal İssa festivalda “Qəzzaya hücumları dayandırın” yazılmış vərəqə nümayiş etdirib.

Xatırladaq ki, ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərə açılan atəş nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb. Hadisələr zamanı 2700 nəfər yaralanıb. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...