Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yəhudilərdən müsəlmanlara gözlənilməz jest

Yəhudi icmaları dinlərarası həmrəylik nümayiş etdirdilər.

Yeni Zelandiyanın Kraystçerç şəhərində dörd ay əvvəl iki məsciddə törədilmiş terror aktlarında 51 müsəlman həyatını itirmişdi. Dinlərarası həmrəylik nümayiş etdirən dünyadakı yəhudi icmaları bu vəhşi insidentin qurbanlarının ailələrinə və sağ qalanlara yardım üçün aksiya keçiriblər.

Din.az xəbər verir ki, ABŞ, Kanada, Sidney və Yeni Zelandiyanın yəhudi icmaları aksiya çərçivəsində toplanan 1 milyon dolları Kraystçerç Şəhər Şurasına təhvil veriblər. Yəhudi icmalarının bəyanatında bildirilir ki, Pittsburq şəhərindəki sinaqoqa, Kvebek şəhərindəki məscidə, Çarlstoundakı kilsəyə və Kraystçerçdə məscidlərə edilən silahlı hücumlar bütün insanlığa qarşı törədilmiş ağır cinayət əməlləridir.

Yəhudi və müsəlman liderlər birlikdə Kraystçerç sinaqoqunda və terror aktı törədilmiş məscidlərdə olublar. Şəhər Şurasının nümayəndəsi Pol Devoll yəhudi icmalarının yardımını nəcib addım adlandırıb. Onun sözlərinə görə, müxtəlif dinlərin təmsilçiləri arasında bu cür həmrəylik nümunələri insanların bir-birinə yaxınlaşmasına kömək edir.

Yeni Zelandiya müsəlmanlarının rəhbəri Şeyx İbrar vurğulayıb ki, yəhudi icmalarının dəstəyi çox güclü mənəvi addımdır. O əlavə edib: “Yəhudi qardaş və bacılarımızın bu faciəni bizimlə birgə yaşaması, onların göstərdikləri dəstək müsəlmanlar üçün çox mühümdür”. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...