Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yəmən növbəti epidemiya ilə üz-üzə

Difteriya diaqnozu qoyulan şəxslərin sayı 1300-ə çatıb.

Dünya Sağlamlıq Təşkilatı Yəməndə difteriya xəstəliyinə tutulanların sayının artması barədə məlumat yayıb.

Din.az xəbər verir ki, difteriya diaqnozu qoyulan şəxslərin sayı 1300-ə çatıb. Uşaqlar və gənclər xəstələrin 80%-ni təşkil edir. Bu günə qədər azı 70 nəfər ölüb.

Təşkilat son 11 ildə Yəməndə 2,7 milyon uşağın peyvənd edilməsini təşkil edib.

Qeyd edək ki, Yəməndə vətəndaş müharibəsi hökm sürür. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri və İranın dəstəklədiyi Husilər arasında davam edən qarşıdurmada çox sayda mülki vətəndaş həlak olub, ölkə əhalisi aclıq və qıtlıqla üz-üzədir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...