Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yəmən sahillərində miqrantları daşıyan qayıq aşıb, 30 nəfər batıb

Somali və Efiopiyadan olan miqrantları daşıyan qayıq batıb.

Yəmənin Ədən şəhəri yaxınlığında göyərtəsində 152 miqrantın olduğu qayığın aşması nəticəsində azı 30 nəfər dənizdə batıb.

Din.az bildirir ki, bu barədə “Report” Beynəlxalq Miqrasiya Təşkilatına (BMqT) istinadən xəbər verir.

“Güman ki, qayıq qaçqın və miqrantları Cibutiyə aparmaq, eyni zamanda da onlardan daha çox pul qoparmağa çalışan qaçaqmalçılar tərəfindən idarə olunub”, – BMT-dən bildiriblər.

Sağ qalanların məlumatına görə, Somali və Efiopiyadan olan miqrantları daşıyan qayıq yanvarın 23-də Ədən körfəzindən Cibutiyə doğru yola çıxıbmış.

Eyni zamanda qayığın sərnişinlərinə atəş açılması barədə məlumat var.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...