Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yəməndə 18 milyon insan təhlükədə – BMT-dən təcili çağırış

Yəmən əhalisinin yarısı tam şəkildə humanitar yardımlardan asılı qalıb.

Son həftədə ikinci dəfə olaraq BMT Yəməndə aclıq barədə həyəcan təbili çalıb.

Din.az xəbər verir ki, bu barədə BMT-in Humanitar Yardımlar üzrə rəsmisi Mark Loukok deyib.

BMT rəsmisi Yəməndə müharibə səbəbindən vəziyyətin acınacaqlı olduğunu təkidlə vurğulayaraq, bu ölkə əhalisinin yarısının kütləvi aclıq astanasında olduğunu bildirib.

O bildirib ki, Yəmən əhalisinin yarısı tam şəkildə humanitar yardımlardan asılı qalıblar.

“Biz tez bir zamanda baş verə biləcək açıq-aşkar təhlükənin qarşısındayıq. Yəməndə indi geniş yayılan bu böyük aclıq humanitar yardımçıların ömürlərində gördüyündən daha böyük bir təhlükədir.” deyə BMT rəsmisi Səudiyyə koalisiyasının əl-Hudeyda şəhəri ətrafında həyata keçirdiyi hücum və burada baş verən müharibə barədə xəbərdarlıq edib.

Bunan öncə BMT rəsmiləri bildirib ki bu ölkədə 18 milyon şəxs növbəti yeməyinin haradan və necə gələcəyini bilmir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-in martından Yəməndə hərbi müdaxiləyə başlayıb. /  SalamNews

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...