Yəməndə kütləvi xəstəliklər artıb – ÜST-dən xəbərdarlıq

Yəmənin ən pis vəziyyətdə olan bölgəsi …
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəmənin Hudeydə şəhərində kolera virusunun artdığını açıqlayıb.
Din.az bildirir ki, 2015-ci ildən Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiya qüvvələrinin hücumuna məruz qalan Yəməndə səhiyyə sistemi çöküb, kütləvi xəstəliklər fəlakət səviyyəsinə çatıb.
Hudeydənin sağlamlıq baxımından hazırda Yəmənin ən pis vəziyyətdə olan bölgəsi olduğu bildirilib.
Vəziyyətin hər gün daha da pisləşdiyi barədə xəbərdarlıq edən qurum, problemin həll edilməsi üçün beynəlxalq təşkilatlara çağırış edib.
Qeyd edək ki, işğala məruz qalan Yəməndə aclıq və susuzluq səbəbindən kütləvi xəstəliklər və ölümlər baş verir. (Qafqazinfo)