Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yenə də cəhalətə, xurafata şahidi olduq

Ramazanda da Azərbaycan televiziyaları dini maarifçilik yönündə faydalı proqramlar tərtib etmədilər.

Fazil Mustafa,
Milli Məclisin üzvü

Allaha şükürlər olsun ki, bu Ramazan ayının sonuncu saxurunu da əmin-amanlıq içində gerçəkləşdirdik. Bu bir aylıq saxur müddətində Türkiyədən yayınlanan maarifləndirici proqramları gündəlik izləməyə çalışdıq. Xeyli faydalandığımızı düşünürəm. Xüsusilə Quranla bağlı sağlam müzakirə aparan din alimlərinin görüşləri üzərindən bilmədiyimiz bir çox məqamlarla bağlı bilgilər əldə etdik.

Təəssüfləndirici odur ki, bu Ramazanda da Azərbaycan televiziyaları dini maarifçilik yönündə faydalı proqramlar tərtib etmədilər və ölkəni bürümüş dini cahilliyin mövcudluğuna biganəlik nümayiş etdirdilər. Ola bilsin ki, bunu etməyə müstəqillikləri yetərli olmadı. Bu cəhalətin, xurafatın dövlətimizin və millətimizin gələcəyi üçün nə dərəcədə təhlükəli olduğunu anlamayan zehniyyətin dəyişmədiyinin bir daha şahidi olduq və üzüldük.

Ancaq yenə də Quran təməlidə İslamın tanıdılması üçün, onun müasirliyə, elmi biliklərə, humanizmə təşviq edən mahiyyətini anlatmaq üçün səylərimiz davam etməli, dinin insanlara qorxu, təhlükə deyil, sevgi, şəfqət aşılayan təzahür olduğuna sağlam düşüncə və əməllərimizlə inandırmağa çalışmalıyıq. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...