Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yenə Əfqanıstan, yenə intiharçı-terrorçu – Məktəblilər yaralandı

1 nəfər ölüb, 10 nəfərin yaralanıb.

Əfqanıstanın cənubunda yerləşən Gilmənd vilayətində güclü partlayış baş verib.

Din.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

Məlumata görə, bu partlayış intiharçı-terrorçu tərəfindən törədilib. Partlayış nəticəsində iki yerli televiziya stansiyasına da ziyan dəyib.

Yaralananlar arasında məktəblilərin də olduğu bildirilir.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...