Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yeni ABŞ prezidentindən Fətullah Gülənə PİS XƏBƏR – NƏZƏRƏ ALINMAYACAQ

Ölkədəki potensial iş imkanının xarici ölkə vətəndaşlarına verilməsinin qarşısı alınacaq.

FETO terror təşkilatının ABŞ-dakı məktəblərində işləyə bilmələri üçün xarici ölkələrdən gətirilən personala alınan H-1B vizasına ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp höküməti qarşı çıxıb.

“Din.az” “A24.az”a istinadən xəbər verir ki, “Washington Post”a istinadən xəbər verir ki, Nümayəndələr Palatasının üzvü Darrell İssianın ölkədəki potensial iş imkanının xarici ölkə vətəndaşlarına verilməsinin qarşısını alacaq və gələcək əcnəbi işçilərin daha yüksək səviyyəli olmasını təmin edəcək bu qanunu Konqresə təqdim etməsi ilə başlayan “işçi vizası” müzakirəsinə Tramp tərəfindən dəstək verilib. Tramp H-1B vizasını “ucuz iş gücü” və “böyük sui-istifadə” olaraq qiymətləndirib.

trump_vs

FETO-nun da ABŞ-dakı məktəb və firmalarında vəzifələndirmək üçün xarici ölkələrdən gətirtdiyi şəxslərə eyni viza üçün müraciət etdiyini və bu günə qədər alınan vizaların minlərlə olduğu bildirilir. Gülənin ABŞ-dakı charter məktəbləri və firmalar üçün Google kimi şirkətlərdən belə daha çox işçi gətirdiyi və həmin şəxslərin çoxunun da yaxşı təhsilli olmamaları, hətta ingilis dilini belə zorla bilmələri yeni işçi qanununun qəbul ediləcəyi təqdirdə onlar üçün böyük problem yaradacağını ortaya çıxarır. Bununla yanaşı hazırda H-1B vizasına sahib təşkilat üzvlərinin viza yeniləmə üçün edəcəkləri müraciətlər də nəzərə alınmayacaq.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...