Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Yeni il bayramı və lotereya ilə bağlı xütbə

Müsəlman nəfsini hesaba çəkəcəyi saatları boş yerə sərf etməməlidir.

Türkiyənin Dini İşlər İdarəsinin yeni il tədbirlərilə bağlı hazırlayaraq bütün məscidlərdə oxutdurduğu cümə xütbəsində bəzi xəbərdarlıqlar edilib.

 

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cümə xütbəsində “dindən kənar hərəkət və davranışlar” ifadəsi işlədilərək deyilir: “İnsanın nəfsini hesaba çəkəcəyi saatların lotereya kimi bəxt oyunlarıyla boşa keçirilməsi insanı çox məyus edir. Özünü və yaradılma məqsədini unudaraq dəyərlərimizə uyğun olmayan, insan həyatında heç bir rolu olmayan, dindən kənar davranışlar mömin insana əsla yaraşmır”.

diyanet_23_eylul_2016_turkiye_geneli_cuma_hutbesi_h152667_7cabf

Bütün Türkiyə məscidlərində Dini İşlər İdarəsi tərəfindən hazırlanan “Ömür neməti” adlı cümə xütbəsi oxunub. Xütbədə İslam peyğəmbərinin “Qiyamət günündə bəşər övladı bu beş şeydən hesaba çəkilmədiyi müddətdə Rəbbinin hüzurundan heç yerə getməyəcək” fikirləri qeyd edilərək, Qiyamət günündə insanların həyatlarını, gəncliklərini harada, necə keçirdikləri, qazancını haradan əldə etdiyi, haraya xərclədiyi, elminə əməl edib etmədiyi kimi suallarla hesaba çəkiləcəyi bildirilib.

 

Xütbədə həmçinin deyilib: “Unutmayaq ki, ömürdən keçən ilin sonunda özünü və yaradılma məqsədini unudaraq dəyərlərimizə uyğun olmayan, dindən kənar davranışlar nümayiş etdirmək əsla müsəlmana yaraşmır. Yeni ilin ilk saatlarının başqa mədəniyyətlərə, başqa dünyalara aid bayram əyləncələrilə israfa çevrilməsi çox düşündürücüdür. Savab və günah, xeyir və şərr mövzularında insanın nəfsini hesaba çəkəcəyi saatların varlanmaq arzusu ilə qumar və lotereya kimi oyunlarla boşa yerə sərf edilməsi çox məyusedicidir. Uca Rəbbimiz bizə, ömrümüzün qalan hissəsini ötən hissəsindən xeyirli və bərəkətli yaşamağı nəsib etsin!”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...