"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
donald-trump-is-still-soaring-in-iowa--but-there-are-now-some-clear-warning-signs

Yeni mer Tramp prtezident olarsa, ABŞ-a getməyəcəyini bildirdi

Share Button

Merin dini baxışları, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-a səfər etməyə imkan verməyəcək.

Londonun yeni seçilmiş meri, Pakistan əsilli Sadiq Xan bildirib ki, onun dini baxışları, Donald Trampın prezident seçiləcəyi təqdirdə, ABŞ-a səfər etməyə imkan verməyəcək.

Din.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Xan «Time» jurnalına verdiyi müsahibədə deyib.

Xatırladaq ki, Tramp seçkiöncəsi ilk çıxışlarından birində müsəlmanların ABŞ-a daxil olmasına qadağa tətbiqini təklif etmişdi. Amerika prezidentliyinə namizəd həmçinin Londonda polislərin öz həyatlarına görə qorxduqları izafi dərəcədə radikallaşmış bölgələrin mövcudluğunu da diqqətə çatdırmışdı. Bu sözlərindən sonra Trampa qarşı Böyük Britaniyada ciddi kampaniyalara start verilmişdi.

«Əgər Tramp prezident seçilərsə, etiqad etdiyim dinin əsasları mənim oraya getməyimə izn vermir. Bu isə o deməkdir ki, mən Amerika şəhərlərinin merləri ilə əməkdaşlıq edə bilməyəcəyəm», – Sadiq Xan müsahibəsində belə deyib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top