Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yeni Notr-Dam belə görünə bilər – Damında tərəvəz əkiləcək – FOTOLAR

Fransa hökuməti aprelin 15-də yanan tarixi Notr-Dam kilsəsinin yenidən bərpası üçün layihə müsabiqəsi elan edib. Din.az xəbər verir ki, müsabiqəyə qoşulanlardan biri də belçikalı memar Vensan Kalbodur. Maraqlı və qeyri-standart ideyaları ilə tanınan memar bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, Vensan yeni Notr-Dam üçün maraqlı təkliflər irəli sürüb. Onun fikrincə, Notr-Damın yeni görünüşündə […]

Fransa hökuməti aprelin 15-də yanan tarixi Notr-Dam kilsəsinin yenidən bərpası üçün layihə müsabiqəsi elan edib.

Din.az xəbər verir ki, müsabiqəyə qoşulanlardan biri də belçikalı memar Vensan Kalbodur. Maraqlı və qeyri-standart ideyaları ilə tanınan memar bu dəfə də ənənəsinə sadiq qalıb. Belə ki, Vensan yeni Notr-Dam üçün maraqlı təkliflər irəli sürüb.

Onun fikrincə, Notr-Damın yeni görünüşündə tarixi izləri saxlamaqla yanaşı, yenilik də etmək lazımdır. Məsələn, kilsənin damında istixana qurmaq olar. Burada isə tərəvəzlər yetişdirmək mümkündür. Hətta istixanada ildə 21 tonadək meyvə-tərəvəz yetişdirmək olar.

Bundan başqa kilsənin damı büllur şüşşədən hazırlanmalıdır ki, günəş enerjisini ötürsün. / Qafqazinfo.az

Kalbonun layihəsindən fotoları təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...