Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Yeni peyğəmbər” peyda oldu, polis həbs etdi

Saxta peyğəmbərin müridləri arasında tanınmış iş adamları da var.

Türkiyənin Elazığ şəhərində yaşayan H.D. adlı şəxs Allahın adından danışdığını, 500-ə yaxın müridinin onu “peyğəmbər” elan etdiyini iddia edib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, saxta peyğəmbərin müridləri arasında ölkənin tanınmış iş adamlarının və məşhur simaların olduğu bildirilib.

H.D.-nin özünü peyğəmbər elan etməsindən sonra Türkiyə Baş Prokurorluğu məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

H.D.-nin istintaq çərçivəsində saxlanıldığı bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...