Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yeni “Qüds ssenarisi” – Ölkəni böləcək PLAN İŞƏ DÜŞDÜ

ABŞ Ərbildə dünyanın ən böyük konsulluq binasını inşa edir.

2017-ci ilin sentyabrında Şimali İraq kürd muxtariyyətində keçirilən referendumda istədiyi nəticəni əldə edə bilməyən Vaşinqton İraqı böləcək yeni ssenarini həyata keçirməyə çalışır.

Din.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ kürd muxtariyyətinin paytaxtı Ərbildə dünyanın ən böyük konsulluq binasını inşa edir.

İraq Türkmən Cəbhəsinin səlahiyyətlisi Hüseyn Ömər Bəyoğlunun sözlərinə görə, Ərbildə tikilən kompleks konsulluqdan daha çox səfirlik standartlarındadır. İnşası 4 ildə başa çatacaq konsulluq binasının dəyəri 650 milyon dollardır.

“Kompleks konsulluqdan daha çox səfirlik standartlarına görə hazırlanır. Birləşmiş Ştatlar diqqətini Ərbildə bir sıra yeni hesablarıa yönəldib. ABŞ 2018-ci ilin sentyabrında keçiriləcək Şimali İraq referendumdan sonra müstəqil Kürdüstan ssenarisinin yenidən səhnəyə qoya bilər”, – Bəyoğlu deyib.

ABŞ, Avropa və İsrailin bölgəyə marağının olduqca yüksək olduğunu ifadə edən Beyoğlu qarşıdakı müddətdə Ərbildə ikinci “Qüds ssenarisi”nin reallaşmasını istisna etmir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...