Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yeni Zelandiya qadınları başlarını örtdü, terror qurbanları üçün cümə namazı qılındı

“Bu gün Yeni Zelandiya da sizinlə bərabər acı çəkir”.

“Bədənin hansısa bir hissəsi ağrayarsa, bütün vücud acı çəkər, bu gün Yeni Zelandiya sizinlə bərabər acı çəkir”.

Martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərindəki iki məsciddə törədilən qətliam nəticəsində dünyasını dəyişən 50 nəfər üçün cümə namazı qılınır.

Din.az xəbər verir ki, bu gün terrorda dünyasını dəyişən müsəlmanlara dəstək məqsədi ölkənin bütün şəhərlərində cümə namazı qılınıb.

Cümə namazı canlı olaraq ölkənin aparıcı telekanalı və radio dalğası vasitəsi ilə də yayımlanıb. Bundan başqa terror qurbanları 2 dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, ölkənin baş naziri Casinda Ardern də cümə namazlarına qatılıb. Çıxışına hədislə başlayan baş nazir, Hz. Məhəmməd peyğəmbərdən sitat gətirib: “Peyğəmbər qarşılıqlı şəfqət, mərhəmət ilə inanan insanların tam bir vücud olduğunu deyib. Bədənin hansısa bir hissəsi ağrayarsa, bütün vücud acı çəkər. Bu gün Yeni Zelandiya da sizinlə bərabər acı çəkir”.

Bundan başqa, cümə namazı ilə əlaqədar təşkil olunan tədbirlərdə terrorun rənginin, irqinin olmadığı qeyd olunub. “Dünya bizdə sevgi və birliyin bariz nümunəsini görə bilər. Qəlbimiz qırıq olsa da, biz qırılmadıq” – deyə şüarlar səsləndirilib.

Xatırladaq ki, martın 15-də baş verən terror aktları zamanı 50 nəfər dünyasını dəyişib, daha 50 nəfər isə yaralanıb.

Anım mərasimi ilə əlaqədar baş nazirin çağırışı ilə mərasimlərə qadınlar başıörtülü qatılıblar. / Sputnik.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...