Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yeni Zelandiyada məsciddə baş verən qətliamı qətiyyətlə pisləyirəm –  Ərdoğan

“İslam dünyasına və Yeni Zelandiya xalqına ölkəm adından və şəxsən başsalığı verirəm”.

Yeni Zelandiyada baş verən terror hadisəsi ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında paylaşım edib.

Din.az bildirir ki, Ərdoğan mesajında “Yeni Zelandiyada Nur məscidinə və orada ibadət edən müsəlmanlara edilən terror hücumunu qətiyyətlə qınayır, səbəbkarlarını lənətləyirəm. Dünyada artmaqda olan irqçilik və İslam əleyhdarlarının yaşatdığı bu acı günə görə İslam dünyasına və Yeni Zelandiya xalqına ölkəm və şəxsim adına başsalığı verirəm”-deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...