Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yeni Zelandiyadakı məsciddə törədilən terror hadisələrindən sonra ciddi qanunlar qəbul edilir

Sosial şəbəkələrdə zorakılıq səhnələrinə görə məsuliyyət barədə qanun qəbul olunur.

Aprelin 4-də Avstraliya parlamenti zorakılıq səhnələrinin yayılması ilə qeyri-səmərəli mübarizəyə görə media şirkətlərinin rəhbərliyi üçün cərimənin və həbs cəzasının tətbiqinin nəzərdə tutulduğu qanun layihəsini qəbul edib.

Din.az bildirir ki, qanuna əsasən, sosial platforma müvafiq kontenti təcili silmədiyi halda onun rəhbərliyini şirkətin illik dövriyyəsinin 10 faizi məbləğində cərimə və ya 3 il müddətədək həbs cəzası gözləyir. Bundan əlavə, media şirkətlər öz platformalarında zorakılıq səhnələrinin yer aldığı videoçarxlar barədə polisi təcili məlumatlandırmalıdırlar.

Xatırladaq ki, martın ortalarında Yeni Zelandiyanın Kraystçörç şəhərində iki məsciddə törədilən terror aktları nəticəsində 50 nəfər həlak olub, bir o qədər insan da yaralanıb. Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bu hadisəni terror aktı adlandırıb. Faciə ilə bağlı 28 yaşlı Avstraliya vətəndaşı Brenton Tarranta qarşı qətl törətmək ittihamı irəli sürülüb və aprelin 5-dək onun həbsdə saxlanması qərara alınıb.

B.Tarrant məscidlərdən birinə hücumu videoya çəkib və sosial şəbəkələrdə canlı yayımlayıb. Facebook şirkətinin məlumatına görə, Kraysçörçdə törədilən hadisə ilə bağlı ilk dəfə 24 saat ərzində 1,5 milyon videoyazı silinib. Bundan bir qədər sonra Facebook “ağ millətçiliyin” təbliği və dəstəklənməsi ilə bağlı qadağa tətbiq edildiyini bildirib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...