Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yer üzündəki xəlifə kimdir?

Insanın Allahın xəlifəsi olduğu da iddia edilir… Əslində isə…

İNSAN ALLAHIN XƏLİFƏSİDİR?

(Xələf-sələf hadisəsi)

 

Uca Allah belə buyurur:

“Bir gün Rəbbin mələklərə: “Yer üzündə xəlifə, biri digərinin yerinə keçəcək bir varlıq bərqərar edirəm!” dedi. Mələklər: “Orada qarışıqlıq törədəcək və qan axıdacaq kəslərimi meydana gətirirsən? Amma Sən nə etsən gözəl edənsən. Biz də buna görə sənə boyun əyirik. Sən ən təmizini edirsən” söylədilər. Allah dedi ki: “Mən sizin bilmədiklərinizi bilirəm!” (“Bəqərə surəsi, 2/30).

 

Başqasının yerinə keçənə “xəlifə” və ya “xələf” deyilir. Allah hər insanı başqasının yerinə keçəcək şəkildə yaratmışdır. İnsan əvvəl ailəsindəki böyüklərin yerinə keçir. Həyatı boyu bir çox insanın malını, məqamını və imkanlarını ələ keçirə biləcəyi kimi, əlində olanı da başqasına verir.

 

Bütün qarışıqlıqlar əlindəkini itirmə qorxusundan və ya başqasının yerinə keçmə istəyindən irəli gəlir. Nəbilərə qarşı gələnlər də əllərindəkini itirmək qorxusu ilə hərəkət etmişlər. Bunun qarşılığında hər bir nəbi belə demişdir:

 

“Mən sizdən bunun əvəzinə istəmirəm. Mənim alacağımı aləmlərin Rəbbi verəcəkdir” (“Şuəra” surəsi, 26/127).

 

Mələklər “Orada qarışıqlıq törədəcək və qan axıdacaq kəslərimi meydana gətirirsən?” deyərkən bu sistemə görə keçirdikləri narahatlığı çatdırmışlar. Uca Allah bunun olmayacağını deməmiş, lakin mələklərin bilmədiyi şeylər olduğunu buyurmuşdur. İnsan daha çox bilik və bacarıqları ilə başqasının yerinə keçməyə çalışır. Onun yerinə keçmək istəyənlər də daha çox bilik və bacarığa sahib olmalıdırlar. Bu isə xeyirli yarışın yaranmasına səbəb olur. Fərddə və cəmiyyətdə dəyişikliklər baş verir, elm və mədəniyyət əmələ gəlir. Xəlifəlik sistemi olmasaydı, insanlar da digər varlıqlar kimi olar, heç bir mədəniyyət yarada bilməzdilər. Belə ki, mələklərin bilmədiyi cəhət də bu idi.

 

Bəziləri bu ayəyə əsaslanaraq Adəmdən əvvəl başqa adəmlər olduğunu, yer üzündə fəsad çıxarıb qanlar tökdüklərini iddia edirlər. Qeyd edilir ki, mələklər onları bildiklərinə görə bu Adəmin nəslindən gələnlərin də fəsad törədəcəklərini demişlər. Bu iddia doğru olsaydı, Uca Allah mələklərə “Mən sizin bilmədiklərinizi bilirəm!” deməzdi.

 

Xəlifəliyin, yəni bir şəxsin digərinin yerinə keçməyə çalışacağı sistemin qan tökülməsinə səbəb olduğu heyvanlar aləmində mövcuddur. Məsələn, heç bir xoruz öz hinində başqa xoruzun başçılıq etməsinə dözməz. İki xoruzdan biri ya oradan çıxır, ya da digəri tərəfindən öldürülwr. Xəlifəlik mübahisəsi toyuqlar arasında da olsaydı, daha çox qan tökülərdi. Qadını və kişisilə bütün insanların xəlifəlik sistemi içində yaradıldığını öyrənən mələklərin narahatlığı heyvanlar aləmindəki müşahidələrindən irəli gəlir.

 

Bu ayəyə əsaslanaraq insanın Allahın xəlifəsi olduğu da iddia edilir. Xəlifə özündən əvvəlkinin yerinə gətirilən və onun məqamına qoyulan şəxs olduğuna görə əvvəlki ya orada olmamalı, ya da aciz şəkildə ölməlidir. Bunları Allah haqqında demək mümkün deyildir. Elə isə insan Allahın deyil, yalnız başqa insanın xəlifəsi ola bilər. Uca Allah belə buyurur:

 

“Ey Davud! Biz səni bu torpağa xəlifə təyin etdik. İnsanlar arasında ədalətlə hökm ver. Arzuna uyma, yoxsa bu, səni Allahın yolundan azdırar” (“Sad” surəsi, 38/26).

 

Çünki Davud özündən əvvəl o torpağa hakim olan Talutun yerinə keçmişdi. Mövzu ilə bağlı bütün ayələr insanların bir-birilərinə xəlifə olmasından bəhs edir. Onlardan dördü belədir:

 

“Xalqı Nuhu yalancı yerinə qoydular. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Onları başqalarına xəlifələr təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör çəkindirilənlərin aqibəti necə oldu!” (“Yunus” surəsi, 10/73).

 

“İsrailövladları Musa əleyhissalama demişdilər: “Sən gəlməzdən əvvəl də, sənin gəlişindən sonra da biz işgəncəyə məruz qalıdq”. Musa dedi: “Ola bilsin ki, Rəbbiniz düşmənlərinizi məhv edib sizi bu tropaqlarda onların xəlifəsi edər. Sonra da necə davranacağınıza baxar” (“Əraf” surəsi, 7/129).

 

“Sizdən əvvəlki neçə-neçə nəsilləri zalımlıq etdikləri vaxt məhv etdik. Halbuki elçiləri onlara açıq-aşkar dəlillərlə gəlmişdilər, amma inanası deyildilər. Biz günahkar qövmü belə cəzalandırırıq. Sonra onların ardınca sizi həmin torpaqlarda xəlifələr etdik ki, görək necə davranacaqsınız” (“Yunus” surəsi, 10/13–14).

 

“Sənin Rəbbin zəngindir, mərhəmət sahibidir. İstəsə, sizi aradan qaldırar və seçdiyi adamları sizdən sonra yerinizə keçirir. Eynilə sizi başqa qövmün nəslindən çıxardığı kimi edər” (“Ənam” surəsi, 6/133).

Professor Abdulaziz BAYINDIR

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...