Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Yetenek sizsiniz” “ALLAH BABA” ifadəsinə görə cərimələndi – “ALLAH DOĞMAMIŞ VƏ DOĞULMAMIŞDIR”

“Yetenek sizsiniz” proqramı cəzalandırılıb.

Türkiyənin Radio və Televiziya şurası (RTÜK) Tv8 kanalında yayımlanan “Yetenek sizsiniz” verilişini yenidən cərimələyib.

Din.az xəbər verir ki, ötən ay verilişi azyaşlıların əxlaqi keyfiyyətlərinə zərər verdiyi iddiası ilə cərimələyən RTÜK bu dəfə də dini məsələyə görə “Yetenek sizsiniz”i cəzalandırıb.

Belə ki, verilişdə oxunan “7 kocalı hürmüz” mahnısınn içərisində işlənən “Allah baba” ifadəsinə görə kanal 1 milyon lirəlik cərimələnib.

RTÜK-ün açıqlamasında qeyd olunub ki, insana aid özəlliklərin Allaha aid edilməsi düzgün deyil.

Quranda buyrulduğu kimi, Allahın cinsiyyəti yoxdur. “Doğmamış və doğulmamışdır”. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...