Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yol kənarlarındakı böyük təhlükə

Yol kənarlarındakı səs-küyün zərəri haqqında…

Kanada alimləri əsas yollara yaxın yaşayanların ağlını itirmək təhlükəsi olduğunu müəyyən ediblər.

Nəqliyyatın sıx olduğu yollara yaxın yaşayan insanlarda ağıl zəifliyi (ağlın itirilməsi, ağılsızlıq) xəstəliyinə tutulma riski digərləri ilə müqayisədə daha çoxdur.

0_watermark_5143b9cd7efa6e6b37307b2c_108_24_10_10_se_resize_keep_740_none

Kanadanın Ontario əyalətində alimlərin apardığı araşdırmalar nəticəsində əsas yollara yaxın ərazilərdə yaşamaqla ağlın itirilməsi, parkinson, multiplets skleroz xəstəlikləri arasında bağlantı müəyyən olunub. Həmçinin müəyyən edilib ki, nəqliyyatın sıx hərəkətdə olduğu yollara 50 metr məsafədə yaşayanların ağlın zəifləməsi xəstəliyinə tutulma riski 300 metr məsafədə yaşayanlardan 7 dəfə çoxdur.

1440566662_soundproofing_noisy_neighbours-770x433

Ontario əyalətində 2001-2012-ci illərdə 243 611 nəfərdə ağlın itirilməsi, 31577 nəfərdə parkinson və 9 247 nəfərdə isə multiplets skleroz xəstəliyi qeydə alınıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən,  dünyada ağlın zəifləməsi sindromdan əziyyət çəkənlərin sayı 35,6 milyondur. Bu rəqəm 2030-cu ildə 65,7 milyona, 2050-ci ildə isə 115,4 milyona çatması gözlənilir.

“Din.az” “report.az”a istinad edir

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...