Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yorğunluğa qarşı ən gözəl təbii dərman XURMA

Xurma dəri və göz sağlamlığının qorunmasına kömək edir

Türkiyənin diyet üzrə mütəxəssisi Belkız Ünal xurmanın sadəcə Ramazanda deyil, 12 ay süfrələrimizdə yer alması lazım olduğunu söylədi.

“Din.az” xəbər verir ki, orucun xurmayla açılmasının, xüsusilə qan şəkərinin daha balanslı yüksəlməsini təmin etdiyi üçün vacib olduğunu bildirən Belkız Ünal tərkibində yüksək dərəcədə kalium, kalsium, dəmir maqnezium və fosfor olan xurmanın iftara qədər ac qalan bədəndə ortaya çıxa biləcək halsızlıq və yorğunluğa qarşı ən əhəmiyyətli dərman olduğunu söyləyib. Tərkibindəki qlükoza çox olduğu üçün xüsusilə şəkər xəstələrinin xurmanı yeyərkən sağlamlıq vəziyyətlərinə uyğun diqqət etmələri və qədərində yemələrinin vacibliyini vurğulayan diyet üzrə mütəxəssis, hər kəs üçün iftarda 1-2 ədəd xurmanın yeyilməsinin bədənin sağlamlığı cəhətdən kifayət etdiyini bildirib.

Xurmanın pəhriz lifi ilə zəngin olması səbəbiylə qəbizlik və həzm sisteminə müsbət təsir etdiyini bildirən Ünal, oruc tutarkən uzun müddətli aclıqdan sonra fəaliyyəti pozulan bağırsaqların bərpa olunmasına kömək olduğunu söyləyib.

“Xərçəngə qarşı qoruyucu təsirə malikdir”

Xurmanın Ramazan ayında bir çox meyvədən daha ön plana çıxdığını bildirən Belkız Ünal, “Xurma sadəcə Ramazan ayında deyil, 12 ay boyunca yeyilməsi və mətbəxlərdə süfrənin üzərində olması vacib olan bir qidadır. Xurma tərkibindəki antioksidantlar ilə immun sistemini gücləndirir, xərçəngə qarşı qoruyucu təsir göstərir. Dəri və göz sağlamlığının qorunmasına kömək edir. Yüksək kalium tərkibi ilə bədəndə təzyiqin tənzimlənməsinə də kömək olur. Bundan başqa xurma pis xolestrolu aşağı salaraq ürək sağlamlığını qoruyur. Tərkibindəki B1, B2 vitaminləri sinir sisteminin qorunmasında və dəmir ilə isə qan azlığının müalicəsində böyük əhəmiyyətə malikdir” deyib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...