Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

YOXSA YENİ HƏLAKIN ASTANASINDAYIQ?

Share Button

Bəzi qruplar var ki, Quranın homoseksuallığı haram etmədiyini iddia edirlər…

Dosent Zəki Bayrakdar

Allah fərdi günahları ya bağışlayır, ya da cəzalandırır. Bu Onun səlahiyyətində olan məsələdir. Lakin günahlar azğınlıqla edilib müxtəlif formalarda topluluğa zorla qəbul etdirildikdə, o zaman Allah həmin topluluğu qorumaq üçün bütün günahkarları, onlara kömək edənlərlə birlikdə həlak edir. Lut qövmünün başına gələnlər buna misaldir.

Həlakın müxtəlif formaları ola bilər. Bu yalnız zəlzələ, sel və tufan şəklində baş vermir. Məsələn, yaşadığımız dövrdə hər hansı həlak baş versəydi, bu nüvə və ya bioloji faciələr formasında ola bilərdi, bəlkə də olur! (buna mühit yaradılır)! Kim bilir?

Lut qövmü homoseksal (biseksual) hərəkətlərini azğın tərzdə (qrup şəklində) etdikləri, xüsusən bunu topluluğa zorla qəbul etdirdikləri üçün həlak edildilər («Hud» surəsi, 11/77-83; «Ənkəbut» surəsi, 29/28-30). Çünki topluluğun digər üzvlərini qorumaq lazım idi. Lakin bu gün biz bu məcburiyyətin elə həddilə qarşılaşmışıq ki, gənclərimizi belə axınlardan qorumaqda çətinlik çəkirik.

Artıq homoseksuallıq açıq şəkildə təbliğ edilərək geniş yayılır, sosial mediada maraqlı təşkilatlanma prosesləri gedir. Demək olar ki, hər serialda yaxşılıq nümunəsi olan homoseksual rola (model) yer verilir, hər cür ünsiyyət vasitələrində homoseksuallığın normal olduğu təbliğ edilir. Buna qarşı çıxanlar isə eynilə Lut qövmündə olduğu kimi lağa qoyulur (“Əraf” surəsi, 7/80-84, «Nəml» surəsi, 27/54-57), nəticədə isə bu hərəkətlər gizli, lakin azğın şəkildə topluluğa zorla qəbul etdirilir. Biz isə bu vəziyyət qarşısında çarəsiz qalır, eynilə Lut kimi “Kaş buna qarşı çıxacaq gücümüz olardı” («Hud» surəsi, 11/80) deyirik.

Lakin bunların arasında dözülməz bir azğınlıq da var ki, o da bəzi qrupların, Quranın homoseksuallığı haram etmədiyini iddia etmələridir. Bu günahların açıq şəkildə yol verilməsi azmış kimi Quranın homoseksuallığı xoş qarşıladığı bildirilir. Subhanallah!

Bütün bunlara inanmaq və dözmək mümkün deyildir. Bu nə böyük iftiradır!

“Qadınlar arasında baş verən bəzi əxlaqsız hərəkətlərə (lezbiyanlıq) gəldikdə, onların bu əxlaqsızlığına qarşı dörd nəfər şahidlik etsin; bunlar onun üçün şahidlik etsələr, ölənə qədər, yaxud Allah onlara bir qapı açana qədər, onları evlərinə məhkum edin” (“Nisa” surəsi, 4/15).

Aranızdan iki nəfər əxlaqsızlıq (homoseksuallıq) etsə, onlara əziyyət verin; əgər tövbə edib ağıllansalar, artıq onlara əziyyət verməkdən çəkinin. Çünki Allah, tövbələri qəbul edəndir, mərhəmət sahibidir” (“Nisa” surəsi, 4/16).

«Ey Rəbbim! …Aramızdakı bəzi beyinsiz insanların törətdikləri (günahlar) səbəbilə hamımızı həlak edəcəksən? …Sən bizim sahibimizsən, bizi bağışla və bizə rəhm et! Sən ən çox bağışlayansan! (“Əraf” surəsi, 155).

 

MÜZAKİRƏ

2 şərh YOXSA YENİ HƏLAKIN ASTANASINDAYIQ? üçün

  1. ramazan dedi:

    gunah olduqu ucun ceza var

  2. Vadar dedi:

    Görəsən London merinin bundan xəbəri var?!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir