Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Yunan nazir: “Ərdoğan İslam dünyasının lideri olmağa çalışır”

“Türkiyənin Rusiya və Pakistanla nüvə razılaşmaları mövcuddur”.

Yunanıstan Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri, ABŞ-dan F-35 qırıcısı və Almaniyadan dənizaltı gəmi almasından narahatdr.

Din.az xəbər verir ki, bu barədə Yunanıstanın Xarici İşlər naziri Nikos Kocias deyib. O, Türkiyədən sözügedən silahların hansı niyyətlə alındığının soruşulmasını istəyib.

Bundan əlavə, nazir Türkiyənin Rusiya və Pakistanla nüvə razılaşmalarını da dilə gətirib.

“Türkiyənin 600 mühəndisi nüvə sahəsində yetişdirməsi üçün Pakistana göndərməsi Rəcəb Tayyib Ərdoğanın İslam dünyasının lideri olmaq istəməsindən qaynaqlanır. Lakin Rusiyanın bu strateji addımı gələcəkdə ölkəmə problem yarada bilər”, – deyə nazir bildirib.

Qeyd edək ki, Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” Atom Elektrik Stansiyası 2023-cü ildə istifadəyə veriləcək.

Xatırladaq ki, son aylarda Türkiyə ilə Yunanıstan arasında Egey dənizi sərhədlərində gərginlik yaşanır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...