Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
ayasofya

Yunanıstan Aya Sofyada Quranın oxunmasından narazıdır

Share Button

Rəsmi Ankaranın bu qərarı təxribat kimi qiymətləndirilib

Yunanıstanın Xarici İşlər nazirliyi Türkiyə hökümətinin İstanbulda Aya Sofya məscidində müqəddəs Ramazan ayında Quranın oxudulması qərarını qınayıb. 

“Din.az” “Oxu.az”a istinadən xəbər verir.

“Biz Türkiyə hökümətinin İstanbulda Aya Sofya məscidində Ramazan ayında Quranın oxudulması ilə bağlı qərarını qətiyyən pisləyirik. Dünya irs mədəniyyətinin tarixi abidəsində fanatizmlə dolu müsəlman ayinlərinin keçirilməsi anlaşılmazdır, hörmətsizlikdir və reallıq ilə əlaqəsi yoxdur. Bu cür hərəkətlər müasir, demokratik, dünyəvi cəmiyyətlərə uyğun deyil”, – Yunanıstan XİN-in bəyanatında deyilir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bir neçə gün əvvəl Ramazan ayında Aya Sofya məscidində hər gün Quranın oxunulacağını bəyan edib.

İyunun 6-da 1934-cü ildən bəri ilk dəfə “Aya Sofya”da Qurandan surələr oxunub.

Bu tədbir Yunanıstanda sərt reaksiyaya səbəb olub. Bəzi KİV-lər “rəsmi Ankarının bu qərarını” təxribat kimi qiymətləndiriblər.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top