"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Yunanıstanda bayram namazı qadağan olundu

Share Button

Yunanıstanda Selanik Bələdiyyəsi bayram namazının qılınmasına icazə verməyəcəyini açıqlayıb

Ayasofyada Quran oxunmasından narahat olan Yunanıstan, Selanikdəki məscidi sənət sərgisinin keçiriləcəyi səbəbiylə bayram namazı üçün bağlayıb.

Selanikdə fəaliyyət göstərən Makedoniya – Trakya müsəlmanları Təhsil və Mədəniyyət Dərnəyi, bayram namazını şəhərdəki Yeni Məsciddə qılmaq üçün müraciət edib. Ancaq Yunanıstanın səlahiyyətli şəxsləri rəsmi olaraq müraciət edən dərnəyə rədd cavabı verib. Selanik Bələdiyyəsi səbəb olaraq, bayramın qeyd ediləcəyi tarixlərdə məsciddə sənət sərgisinin keçiriləcəyini bildirib. Və məscidin bayram namazı üçün boş olmayacağını qeyd edib. Belə ki, dərnək üzvləri keçən il də etdikləri müraciətə rədd cavabı almışdılar.

Digər tərəfdən TRT Diyanet TV-nin Ramazan ayı boyunca Ayasofyadan “Bərəkət vaxtı Ayasofya” adlı sahur proqramını ekranlara gətirir. Sahur proqramında Ayasofyada Quran oxunması Yunanıstanı narahat etmişdi. Yunanlı səlahiyyətlilər bunun, Türkiyənin Avropa əlaqələrindəki vəziyyəti ilə uyğunlaşmadığını dilə gətirmişdi. Oxşar hadisəni də Yunanıstan, Müsəlmanlar üçün edir.  Müsəlmanların ən təbii istəyi olan Məsciddə bayram namazının qılmasına icazə vermir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir