Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yunanıstanda İran səfirliyinin iki əməkdaşına sui-qəsd olub

İran səfirliyinin binası yanında iki nəfərə hücum edilib.

Yunanıstanın hüquq-mühafizə orqanları İranın Afinadakı səfirliyinin iki əməkdaşına qarsı sui-qəsd faktı üzrə araşdırmaya başlayıb.

Din.az xəbər verir ki, bu barədə yerli polisin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, martın 28-də naməlum şəxs İran səfirliyinin binası yanında iki nəfəri öldürmək niyyəti ilə yaralayıb.

Aprelin 1-də şübhəli şəxs müəyyən edilərək saxlanılıb. Bu, 47 yaşlı iranlı olub.

O, səfirlik əməkdaşlarına hücum etdiyini boynuna alıb. Həmçinin o, diplomatik missiyanın girişi yaxınlığında iki yanğın hadisəsində əli olduğunu etiraf edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...