Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Yunanlardan Ərdoğana: Aya Sofyanın qisasını aldıq

Türk liderin dedikləri yunanların hiddətinə səbəb olub.

Qardaş ölkə – Türkiyədə keçirilən bələdiyyə seçkiləri yunan mediasının da diqqətində olub.

Din.az xəbər verir ki, Yunanıstanda çap olunan əksər qəzetlər, bir sıra ictimai-siyasi xəbər portalları müxalifyönlü CHP-nin İstanbul, Ankara və İzmir kimi əsas şəhərlərdə qalib gəlməsini sevinclə qarşılayıblar.

Belə ki, yunan mediasında “Aya Sofyanın intiqamı”, “Türklər Aya Sofyanın intiqamını aldı” başlıqlı xəbərlər diqqət çəkib.

Qeyd edək ki, yunan KİV-in bu səpkidə yazıları səbəbsiz deyil. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün öncəki açıqlamasında Aya Sofyaya ziyarətin ödənişsiz ola biləcəyini istisna etməmişdi.

Türk liderin “Adını muzey deyil, Aya Sofya məscidi qoyarıq” deməsi yunanların hiddətinə səbəb olmuşdu. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...