Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Yuxuda gördüklərimiz…

Dünyada yaşadığımız 60–70 ilin də sanki bir axşam və ya səhər vaxtı qədər qısa olduğunu düşünək…

 

İnsan yuxu görərkən onu həqiqət zənn edir. Qaranlıq otağında, qaranlıq beynində gülür, ağlayır, qəzəblənir və qorxur. Oyandığı zaman isə “sən demə yuxu imiş” deyir.

İnsan yuxuda çox vaxt keçirdiyini güman etsə də elm adamları bunun yalnız bir neçə saniyə olduğunu bildirirlər. Bu məlumatlara əsasən, insanın ağlına bir sual gəlir: Bəlkə həqiqət bilib uzun yaşadığımı zənn etdiyim dünya hayatım da yuxu qədər qısa xəyaldır?

Dünyanın yalnız oyun və vaxt keçirmə olduğunu bizə xatırladan Allah, bununla yanaşı, dünyada yaşadığımız 60–70 ilin də sanki bir axşam və ya səhər vaxtı qədər qısa olduğunu bildirir:

Dedi ki: “İl sayı baxımından yer üzündə nə qədər qaldınız?” Dedilər ki: “Bir gün və ya bir gündən bir qədər az qaldıq, sayanlardan soruş”. Dedi ki: “Yalnız az (vaxt) qaldınız, əgər həqiqətən bilsəydiniz” (“Muminun” surəsi, 112-114).

Yuxuda olarkən həqiqət zənn edərək qarşılaşdıqlarınız, oyandığınız zaman sizin üçün heç nə ifadə etmir. Çünki hamısının xəyal olduğunu başa düşürsünüz.

Əgər həqiqət zənn etdiyiniz dünya da yalnız qısa xəyal, ölüm isə əslində bir oyanış və sonsuz həyatın başlanğıcıdırsa, onda necə?

Məncə bununla bağlı bir qədər düşünək…

Mehtap GÖZÜKAN

MÜZAKİRƏ

1 şərh Yuxuda gördüklərimiz… üçün

  1. Farid Rashid dedi:

    Çox gözəl məqalədir.Allah razi olsun

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...