Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Zaman” qəzeti Quranın tərcüməsini dəyişdirib – ARAŞDIRMA

Quranda “Bilənlərdən soruşun” cümləsi “Tövrat və İncil alimlərindən soruşun” cümləsi ilə əvəz edilib…

“Zaman” qəzetinin Quran tərcümələrini dəyişdirdiyi və yazılan ifadənin tamamilə başqalaşdırıldığı öyrənilib.

“Din.az” “HaberTürk”ə istinadən bildirir ki, Fəthullah Gülənin keçmiş mətbuat orqanı olan “Zaman” qəzetinin Almalılı Hamdi Yazırın Quranın tərcüməsini dəyişdirdiyi ortaya çıxıb. Qəzetin ötən il yayımladığı məqalədə “Əgər bilmirsinizsə, bilənlərdən soruşun” ifadəsini “Əgər bilmirsinizsə Tövrat və İncil alimlərindən soruşun” şəklində tərcümə edildiyi aydınlaşıb. Mövzuya müdaxilə edən yazıçı və tarixçi Murat Bardakçı sözügedən təxribata qarşı üsyan etdi.

murat_bardakci_rezanin_yalisini_yikmayin_1436177164_5261

“Bu rəzil təhrifin səbəbi cəhalətdir, yoxsa qəsdən edilir..?”

“Zaman” qəzeti bir neçə il bundan əvvəl son dövrün ən vacib İslam alimlərindən olan Elmalılı Hamdi Yazırın ilk nəşri 1935-38-ci illər arasında 9 cildlik Diyanət İşləri Rəsiliyi tərəfindən dəfələrlə nəşr edilən “Haqq Dini Quran Dili” adlı təfsirini türk dilinə tərcümə edərək oxucularına təqdim etmişdi.

1878-1942-ci illər arasında yaşayan Elmalılının əsəri Türkiyədə nəşr edilən “İlk Quran tərcüməsi və təfsiri” olaraq bilinsə də, əslində bu belə deyil. Keçmiş əsirlədən bu günə qədər əlyazma şəklində əldən-ələ dolaşaraq gələn çoxlu sayda Quranın tərcüməsi mövcuddur və ilk nəşr 1865-ci ildə yayımlanmışdır.

“Haqq Dini Quran Dili”nin özəlliyi isə, tərcümə dilinin keçmiş əsirlərdəkindən fərqli olaraq asan olması və Diyanətin nəşr etməsi sayəsində əsərin geniş oxucu kütləsinin istifadəsinə verilməsidir.

Belə ki, “Zaman” qəzeti, ilk nəşrinin üzərindən 70 ildən çox vaxt keçən əsərin dilinin köhnəldiyini və hər kəs tərəfindən rahat şəkildə anlaşılmayacağını düşünmüş və sadələşdirilmiş şəklini oxucularına təqdim edib, amma təhriflərlə…

1470811888963

“Bu alimlər kimdir, haradadır..?”

Təhrif, Quranın 16-cı surəsi olan Nahlin 43-cü ayəsində edilib…

Ayə, Diyanət Vəqfinin yayımladığı tərcümədə “Səndən əvvəl də özlərinə vəhy etdiyimiz kişilərdən başqasını peyğəmbər olaraq göndərmədik. Əgər bilmirsinizsə, bilənlərdən soruşun” deyə qeyd edilib.

Elmalılının “sadələşdirilmiş” mətnində isə, qarşımıza birdən-birə “Tövrat və İncil alimləri” çıxır;

Tərcümə “(Ey Peyğəmbər!) Səndən əvvəl də özlərinə vəhy etdiyimiz şəxslərdən başqasını peyğəmbər olaraq göndərmədik. Əgər bunu bilmirsinizsə Tövrat və İncil alimlərindən soruşun” şəklində yazılıb.

Yəni ayədə keçən və bildiyimiz qədəri ilə tək bir nəfərdən başqa təfsir alimlərinin hamısının “bilənlər” deyə tərcümə etdikləri “ehle`z-zikri” ifadəsi Elmalılı Hamdinin ağzından “Tövrat və İncil alimləri” şəklində verilib.

Elmalılı isə əsla belə bir şey demir və eyni ayə “Haqq Dini Quran Dili”nin yaxın zamanlarda original əlyazmasında “Səndən əvvəl də rəsul olaraq başqası deyil, ancaq özlərinə vəhy verdiyimiz şəxslər göndərmişik. Bilmirsinizsə “ehl-i zikre”dən soruşun” şəklində tərcümə edilib.

Tərcümənin bu şəkildə dəyişdirilməsi ilə bir neçə iş birdən görülüb:

Quranda “nesh edildiyi”, yəni “ləğv edildiyi, qaldırıldığı” dəfələrlə ifadə edilməsinə baxmayaraq Tövrat və İncilin hökmü davam edirmiş kimi təsiri bağışlanaraq “ləğv edilmiş kitabların alimlərinə müraciət” tövsiyyə edilir və həm Quranın özünə, həm də təfsirin asil sahibi olan Elmalılı Hamdi Əfəndinin sözünə tamamilə zidd bir iddia edilir.

Bu yazını yazmazdan əvvəl sözügedən təhrifin daha əvvəl nəzərə çarpdığını araşdırdım. Bu mövzuda yayımlanmış bir neçə yazının olduğunu, amma elə də diqqət çəkmədiklərini gördüm və edilmiş təhrifi yenidən xatırlatmaq istədim.

Təhrifin səbəbinin nə olduğunu ayənin məlumatsızlıqdanmı, laqeyidsizlikdənmi, yoxsa bu aralar çox dəb halını almış “dinlərarası dialoq”a dəstək vermək məqsədiyləmi dəyişdirildiyini bilmirəm.

Hal-hazırda məni maraqlandıran daha bir zərurət var: “Elmalılı Hamdi Əfəndinin varislərinin, məsələn böyük alimin nəvələrindən olan Okan Bayülgenin babasının əsərinin bu hala gətirilməsini öyrəndiyində nə düşünəcəkləri və nə edəcəkləridir…

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...