Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Zambiyada FETO-ya məxsus məktəblər dövlətin nəzarətinə keçib

FETÖ təşkilatına qaşrı bütün dünyada mübarizə aparılır.

Zambiyanın paytaxtı Lusakada tikilən FETO-çulara məxsus “Və Horizontal” adlandırılan məktəblər dövlət nəzdinə keçib.

Din.az bildirir ki, bu barədə Zambiyanın Torpaq və Təbii Mənbələr Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilib ki, “Və Horizontal” məktəblər şəbəkəsinə daxil olan uşaq bağçası, ibtidai və orta məktəb binaları da daxil olmaqla, 3 obyekt dövlətin nəzarətinə keçib.

Qeyd edək ki, FETO-nun “təhsildə qızıl beyinləri mənimsəmə siyasəti”nə daxil olan bu məktəblər Zambiyada 2011-ci ildə tikilib.

Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı Zambiya dövlətilə rəsmi danışıqları olmuşdu.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...