Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Zəifləyən Həcc biznesində kreditlə ziyarət nə dərəcədə düzgündür?

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi bu il ilk dəfə Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün ziyarət xərcini hissə-hissə ödəmək imkanı yaradıb. QMİ tərəfindən belə bir addımın atılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirədə iştirak edənlər Həcc ziyarəti xərclərinin hissə-hissə ödənilməsinin dini cəhətdən düzgün olmadığı bildirirlər. “Din.az” xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün […]

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsi bu il ilk dəfə Həcc ziyarətinə getmək istəyən zəvvarlar üçün ziyarət xərcini hissə-hissə ödəmək imkanı yaradıb.

QMİ tərəfindən belə bir addımın atılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müzakirədə iştirak edənlər Həcc ziyarəti xərclərinin hissə-hissə ödənilməsinin dini cəhətdən düzgün olmadığı bildirirlər.

“Din.az” xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün ilahiyyatçı ekspert Elşad Miriyə müraciət edib. E.Miri bildirib ki, Həcc ziyarətinə dini baxımdan yanaşılsa da, bu, təşkilatçılıq baxımından həm də bir biznesdir: “Görünür, əvvəlki illərlə müqayisədə bu biznes zəifləyib. İnsanları cəlb etməkdən ötrü belə bir addım atıblar. Zəvvarlara xərcləri hissə-hissə ödəmək imkanı yaradılır. Dini cəhətdən bu haram deyil.

Fakt odur ki, bu gün Azərbaycana ayrılan kvotanın sayı 1040 nəfərdir. Əgər əhalinin sayına görə olsa, rəsmi olaraq Azərbaycana ayrılan kvota 10000 nəfərə yaxındır. Amma gedənlərin sayı hər il azaldığı üçün bu il kvota 1040 olub. 1040 nəfərin içərisində boş qalan yerlər var. Bu yerlər dolmadığı təqdirdə Səudiyyə Ərəbistanı təşkilatçıya əldə edilmiş razılaşmalara əsasən cəza tədbirləri görə bilir. Ona görə də mütləq çalışırlar ki, bu boşluğu doldursunlar. İnsanlar var ki, həcc qiymətlərini birdəfəlik ödəməyə gücləri çatmır. Məsələn, adi telefonları alanda belə nağd alış-veriş üsuluna deyil, hissə-hissə ödənişə üstünlük verirlər. Ona görə banklar bundan istifadə edərək insanları kredit siyasətinə cəlb edə bilirlər.

İndi Qafqaz Müsəlmanları İdarəsi, orada oturan təşkilatçılar da oturub nə edə biləcəklərini fikirləşiblər və belə təkliflə çıxış ediblər. Bu dini cəhətdən qadağa olunmayıb”.

İlahiyyatçı onu da vurğulayıb ki, keçən ilki həcc qiymətləri ilə bu ilki qiymətlər arasında 1000 dollar fərq olsa da, manat bazasında götürəndə qiymət əvvəlki illərdən yenə bahadır: “Azərbaycanda olan həcc qiymətləri də dünyada olan ən bahalı həcc qiymətləridir. Təşkilatçılıq isə ən zəif təşkil olunan həcc ziyarətləri ilə eynidir”.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...