Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Zəm-zəm suyunun mənşəyi

Türkiyənin məşhur ilahiyyatçısı professor Abdulaziz Bayındır yayımladığı videoda zəm-zəm suyu ilə bağlı sualları cavablandırıb. “Din.az” bildirir ki, cəmiyyət arasında zəm-zəm suyu haqda yayılan rəvayətləri ilahiyyatçı bu cür şərh edib: SUAL: Həcc ziyarəti əsnasında zəm-zəm və Hacərul-əsvədə həddindən artıq əhəmiyyət verilir. Zəm-zəm və Hacərul-əsvədin cənnətdən gəlməsilə bağlı rəvayətlər vardır. Bu rəvayətlər nə dərəcədə səhihdir? Bunlar həqiqətən […]

Türkiyənin məşhur ilahiyyatçısı professor Abdulaziz Bayındır yayımladığı videoda zəm-zəm suyu ilə bağlı sualları cavablandırıb.

Din.az” bildirir ki, cəmiyyət arasında zəm-zəm suyu haqda yayılan rəvayətləri ilahiyyatçı bu cür şərh edib:

SUAL: Həcc ziyarəti əsnasında zəm-zəm və Hacərul-əsvədə həddindən artıq əhəmiyyət verilir. Zəm-zəm və Hacərul-əsvədin cənnətdən gəlməsilə bağlı rəvayətlər vardır. Bu rəvayətlər nə dərəcədə səhihdir? Bunlar həqiqətən cənnətdən gəlib?

CAVAB: Cənnət bağça deməkdir. Yerin altında bağça olmadığına görə, deməli cənnətdən gəlmir. Axirətə gediləcək cənnət də yerin altında deyil. Uca Allah Nəcm surəsində cənnətin səmanın 7-ci qatında olduğunu söyləyir. Lakin zəm-zəmlə bağlı mövzularda mütəxəssis olan yoldaşlarımız bilir ki, ora kiçik bir quyudur. Həmin yerə milyonlarla insan gəlib o sudan içir, gedərkən də öz ölkəsinə aparır. Buradan nə qədər su çəkilsə də quyunun su səviyyəsində heç bir azalma olmur. Bura sanki yeraltı dəniz kimidir. Bunda Uca Allahın çox böyük bir lütfü vardır. Zəm-zəmlə bağlı aparılan araşdırmalarda da həmin suyun çox faydalı olduğu qeyd edilir. Məsələn, məkkəlilər öz evlərində zəm-zəm suyu içirlər. Məkkənin müxtəlif yerlərində zəm-zəm suyunun nasoslarla vurulduğu mərkəzlər vardır ki, insanlar buradan zəm-zəm suyu alıb içirlər. Biz vərdiş etmədiyimizə görə bu su bizə bir qədər ağır gələ bilər. Lakin orqanizmin sağlamlığı baxımından çox faydalı sudur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...