Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Zərərli vərdiş bütöv bir qitəni məhv olmağa aparır

“İçki mədə-bağırsaq xərçəngi riskini artırır”.

Avropalıların alkoqola olan həvəsi onlar üçün xərçəngin bir neçə növünə yoluxma riskinin artması ilə nəticələnə bilər. Bu barədə United European Gastroenterology təşkilatının hesabatında deyilir.

Din.az “Milli.Az”a istinadən xəbər verir ki, Avropa adambaşına alkoqol qəbuluna görə liderdir: ÜST-nin məlumatına görə, orta statistik avropalı ildə 11,2 litr alkoqol qəbul edir. Amerikalılar və afrikalılarda bu göstərici müvafiq olaraq 20% və iki dəfə azdır. 15 yaşdan yuxarı hər beşinci avropalı həftədə bir dəfə sərxoş olur.

Avropalılar arasında isə bu göstəriciyə görə liderlik litvalılardadır.

Həkimlərin qənaətinə görə, avropalıların bu həvəsi onlarda mədə və bağırsaq xərçənginin inkişafı riskini artırır.

“Alkoqolun kanserogen effektləri ilk növbədə mədə-bağırsaq sisteminə təsir edir” – deyə Böyük Britaniyanın Qastroenteroloqlar cəmiyyətinin rəhbəri Riçard Qardner bildirir.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...