Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
vakfe-43vim1pc

Zəvvarlar 11 sentyabrda vəqfəyə dayanacaq

Share Button

Həccin vacib şərtlərindən biri olan vəqfə durmaq qurban bayramının ilk günü həyata keçirilir

Səudiyyə Ərəbistanında 11 sentyabr ərəfə günü olaraq idrak ediləcək, Qurban Bayramı isə 12 sentyabr bazar ertəsi günü qeyd edilməyə başlanacaq.

“Din.az” xəbər verir ki, Səudiyyə Ərəbistanı Ali Məhkəməsindən verilən açıqlamada, ayın izlənildiyini, lakin görülmədiyi üçün bu günün Zilqədə ayının son günü olaraq qəbul edildiyi bildirilib.

Açıqlamada, ərəfə gününün 11 sentyabr bazar, Qurban bayramının ilk gününün isə 12 sentyabr bazar ertəsi günü olacağı qeyd edilib. Buna görə hacı namizədlər 11 sentyabrda Ərəfatda vəqfəyə duracaq.

Həcc üçün müqəddəs torpaqlara gələn müsəlmanların ibadətinin qəbul olması və bayramın İslam dünyası və Müsəlmanlar üçün xeyirli olması da arzu edilib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top