Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Zəvvarlar Həccə avtobusla gedə bilməyəcək – Video

Həcc ziyarətinə sənəd qəbulu mayın 15-də başa çataçaq.

Bu il Həcc ziyyarətinə gedən zəvvərlardan sağlamlıq haqqında arayışların tələb olunmasına ciddi nəzarət ediləcək.

Din.az bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin işlər müdiri Həmdullah Babayev Real TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, sənəd qəbulu mayın 15-də başa çataçaq.

“Bu il ötənilki kimi olmayacaq. Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar olaraq zəvvarlar Səudiyyə Ərəbistanına avtobusla yox, yalnız təyyarə ilə yollanacaq. Həcc ziyarətinin qiyməti 4150 dollardır. Qiymətə zəvvarlarin gediş-gəliş, oteldə yerləşmə və gün ərzində iki dəfə qidalanması daxildir”, – deyə Həmdullah Babayev bildirib.

Qeyd edək ki, Həcc ziyarətinə gediş avqust ayının 14, 15, 16 və 17-də reallaşacaq. Dönüş isə sentyabr ayının 1, 2, 3 və 4–nə planlaşdırılır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...